Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ət-Təkfir və əl-Hicrə” qruplaşması Qazaxıstanda qadağan edildi

Oktyabr 16
19:37 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən xəbər verir ki, beynəlxalq “Ət-Təkfir və əl-Hicrə” qruplaşması Qazaxıstanda ekstremist təşkilat kimi tanınıb.

Qazaxıstan baş prokurorluğu “Ət-Təkfir və əl-Hicrə” təşkilatının ölkədə fəaliyyətinin qadağan edildiyini bildirib.

Qeyd edək ki, bu təşkilatın fəaliyyəti Rusiya, Qırğızıstan, ABŞ, Türkiyə və Avropa İttifaqı ölkələrində qadağandır.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?”

O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).

Digər xəbərlər