Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Everest dağı yerindən tərpənib

İyun 17
14:53 2015

Dünyanın ən yüksək dağı Everest yerindən tərpənib.

“Sələf Xəbər”in Trend-ə istinadən xəbərinə görə, Nepalda baş vermiş zəlzələ nəticəsində Everest dağı 3 sm cənub-qərbə doğru tərpənib.

Son 10 ildə Everest 40 sm şimal-şərqə doğru hərəkət edib. Dağın hündürlüyünə gəldikdə, Everest 2.5 sm kiçilib.

Aprelin 25-də Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (Qurani-Kərim, “Nəbə” surəsi, 6,7-ci ayələr)
“(Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq;” (Qurani-Kərim, “Taha” surəsi 105-ci ayə)

Digər xəbərlər