Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

‘‘Fәrat Qalxanı’’ hərəkatında 14 şəhid, 33 yaralı – 138 terrorçu məhv edilib

Dekabr 22
17:33 2016

‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 138 terrorçu mәhv edilib.

Selefxeber.az-ın məlumatına görə “Eurasia Diary” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün avqustun 24-dә Türkiyәnin liderliyilә başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının 120-ci günündә hәyata keçirilәn әmәliyyatlar zamanı 14 әsgәr şәhid olub, 33 әsgәr dә yaralanıb.

Dünәn hәyata keçirilәn әmәliyyatlar nәticәsindә İŞİD xəvaric terror təşkilatının üzvü 138 terrorçu zәrәrsizlәşdirilib, terror tәşkilatına aid 67 hәdәf mәhv edilib.

Türkiyә Silahlı Qüvvələrinin Baş Qәragahından verilən məlumata görə, әmәliyyat çərçivəsində Suriyanın Əl Bab şəhəri tamamilə Azad Suriya Ordusu və Türk əsgəri tərəfindən mühasirə altına alınıb.

‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çərçivəsində Әl-Bab-Hәlәb yolunda tam nəzarət təmin olunub.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər