Fələstin BMT-nin qətnaməni qəbul edəcəyinə ümid bəsləyir
Dekabr 18
13:42
2014
758 dəfə baxılıb
BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub.
“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, qətnamə layihəsini İordaniya irəli sürüb.
Bundan əvvəl Fələstin bir sıra ərəb dövlətlərinin dəstəyi ilə 2016-cı ilin noyabr ayınadək ərazisindən İsrail qoşunlarının geri çəkilməsini nəzərdə tutan sənəd hazırlamışdı. Fələstin rəhbərliyi BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamənin qəbul edilməsinə ümid bəslədiyini bildirib.
“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”
Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə