Fələstin Texası Meksikanın ərazisi kimi tanıdı
1. 250 dəfə baxılıb
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq Fələstin Milli Administrasiyası Texası Meksikanın ayrılmaz hissəsi kimi tanıyıb.
Selefxeber.az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə “The Beaverton” nəşri yazır.
Bildirilir ki, Texas ərazisi 1840-cı illərdə Amerika Birləşmiş Ştatları tərəfindən işğal olunub.
“Rio-Qrandedən şimalda və şərqdə yerləşən ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar buraya özləri ilə quldarlıq gətiriblər. Sonra ABŞ prezidenti Ceyms Polk öz ordusunu Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada və Yuta ştatlarına göndərərək bu əraziləri də Meksikanın əlindən alıb. Bu torpaqlara nəzarət həmişə Meksikada olub. Yaxın gələcəkdə bu torpaqları da Meksikanın ayrılmaz hissəsi kimi tanımağa hazırlaşırıq”, – Fələstin administrasiyasının nümayəndəsi bildirib.