Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fələstini daha bir dövlət dəstəklədi

Dekabr 23
18:47 2014

İsraillə Fələstin arasında vasitəçilik missiyasının rəhbəri Saəb Erekat Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, Saəb Erekat deyib ki, Lavrovla BMT-nin irəli sürdüyü Fələstin dövlətinin yaradılması layihəsini müzakirə ediblər. İsrail bu layihənin kəskin əleyhinədir və dəstəkləməyəcəyini deyir. Buna baxmayaraq, Rusiya Fələstin dövlətinin yaradılması layihəsini dəstəkləyir.

Qeyd edək ki, İordaniyanın BMT TŞ-yə təqdim etdityi sənəd 2017-ci ilin sonuna qədər İsrailin işğal etdiyi Fələstin torpaqlarından çıxmasını, sərhədlərin 1967-ci ildən əvvəlki kimi olmasını, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını və tərəflərin sülh şəraitində yaşamasını nəzərdə tutur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə).

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır.”

 

Digər xəbərlər