Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fələstinin bayrağı BMT-də ucaldıldı

Oktyabr 01
15:57 2015

“Bu tarixi hadisədir”.

Müşahidəçi statusuna malik Fələstinin bayrağı bu gün BMT-nin mənzil-qərargahında ucaldılıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən bu barədə xəbər verir.

“Fələstin xalqının adından mən bu bayrağı BMT-də qaldırıram. Bu tarixi hadisədir. 30 sentyabr Fələstin bayrağı günü olacaq” – Fələstin lideri Mahmud Abbas bəyan edib.

BMT-nin Baş katibi Pan Qi Mun bildirib ki, bu gün bütün fələstinlilər üçün qürur günüdür.

Bundan əvvəl, BMT-nin Baş Assambleyası BMT-nin üzvü olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər