Fələstinlə bağlı BMT-yə təqdim olunan qətnaməni ABŞ dəstəkləməyəcək
771 dəfə baxılıb
“Bu, bizim dəstəkləyəcəyimiz bir sənəd deyil”.
“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki gündəlik brifinqdə Fələstinlə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim olunan qətnamə layihəsi barədə sualı cavablandırarkən deyib.
“Qətnaməni gördük, bu, bizim dəstəkləyəcəyimiz bir şey deyil”, – deyə Psaki söyləyib. O, hazırda tərəflərlə müzakirələrin aparılmasına yönəldiklərini, dialoqda irəliləyişin əldə olunmasına çalışdıqlarını qeyd edib.
Xatırladaq ki, İordaniya tərəfindən BMT TŞ-yə təqdim olunan qətnamə layihəsində 2017-ci ilin sonuna qədər İsrail qoşunlarının mərhələli şəkildə Fələstin torpaqlarından çıxması, 4 iyun 1967-ci ilə qədərki sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması və İsraillə sülhün əldə olunması nəzərdə tutulur.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə).