Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Fərat qalxanı” çərçivəsində Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

Noyabr 14
16:27 2016

Türkiyə ordusunun dəstəyi ilə keçirilən Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatının növbəti mərhələsi başlayıb.

Selefxeber.az-ın məlumatına görə APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gecə saat 02.00 radələrində Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD xəvaric terror təşkilatından azad edilməsi əməliyyatına start verib.

Buna səbəb PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması olub. Əməliyyata start verən müxalif Azad Suriya Ordusu Hazvan, Süsyan, Aldana, Kıyran, Uglan və Avlan kəndlərini İŞİd-dən alıb. Azad Suriya Ordusunun birlikləri hazırda Əl-Bab şəhərinin 2 km yaxınlığındadır.

Qeyd edək ki, Əl-Bab İŞİD terror təşkilatının Suriyada Rakka şəhərindən sonra əsas ikinci mərkəzidir. Əl-Bab strateji mövqeyi ilə seçilir. PKK-nın Suriya qolu olan PYD bu şəhəri ələ keçirərək Suriyada elan etdiyi kürd kantonları birləşdirməyə çalışır. Bu kantonlar Türkiyə sərhədində yerləşir. Türkiyə bəyan edib ki, sərhədində terror qurşağının yaranmasına yol verilməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Əl-Babın PYD-nin nəzarətinə keçməsinə imkan verilməyəcək.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər