Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Fərat Qalxanı” uğurla davam edir

Avqust 31
17:36 2016

Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələri ilə birlikdə PYD və İŞİD terrorçularından indiyə kimi 38 kənd və qəsəbəni geri alıb.

Selefxeber.az-ın Axar.az-a istinadən xəbərinə görə Türkiyənin Cerablusa daxil olmasından keçən bir həftə ərzində müxaliflər 400 kvadrat kilomterə qədər əraziyə yiyələniblər. Deyilənə görə, bu günə qədər türk ordusunun dəstəyi ilə Fərat çayının qolu Salcu çayına qədər irəliləmək mümkün olub.

Bəzi məlumatlarda Türkiyənin YPG ilə atəşkəs sazişi imzaladığı bildirilib.

Lakin Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Suriyada PYD ilə müvəqqəti atəşkəs imzalanması barədə yayılan xəbərlərə münasibət bildirib və bunların əsassız olduğunu söyləyib.

Nazir ölkəsinin heç bir silahlı qruplaşma ilə danışıqlara getmədiyini bildirib:
“Bunu qətiyyən qəbul etmirik. Bəzi ölkə rəsmiləri də bunu deyir. Guya Türkiyə ilə kürd ünsürlər arasında atəşkəs razılığı olub. Belə bir razılıqdan söhbət gedə bilməz”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər