Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Feysbuk”un qurucusu müsəlmanları dəstəkləyib

Dekabr 10
18:20 2015

“Feysbuk” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.

“Sələf Xəbər” Aznews.az-a istinadən məlumat verir ki, bu barədə o, öz rəsmi “Feysbuk” səhifəsində yazıb.

“Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq”, — deyə o bildirib.

Zukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər