Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Finlandiyada möhtəşəm məscid inşa ediləcək

İyul 16
15:41 2015

Helsinki məscidinin tikinti xərclərini Bəhreyn Krallığı ödəyəcək.

Finlandiyada yaşayan müsəlmanlar paytaxt Helsinkidə böyük bir məscid tikilməsi üçün aktiv fəaliyyətə başlayıblar.

“Sələf Xəbər” Sputnik-ə istinadən xəbər verir ki, bunun üçün müsəlman icma rəhbərləri Helsinki şəhər rəhbərliyinə layihə təqdim ediblər.

Finlandiya dövlət televiziyasına açıqlama verən müsəlman mədəniyyət və din forumunun rəhbəri İlari Rantakari deyib ki, məscidin tikinti xərclərini Bəhreyn Krallığı ödəyəcək.

Məscidin tamamlanmasının 100 milyon dollara başa gələcəyi və paytaxtın əsas görüntü simvollarından olacağı ehtimal edilir.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər”. (Müslim)
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür”. (“Şərh Müslim”)

Digər xəbərlər