Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransa Konstitusiya Məhkəməsi “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edib

Yanvar 27
17:23 2017

Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

Selefxeber.az məlumat verir ki, APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

“Bu qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”, – deyə Konstitusiya Məhkəməsinin qərarda bildirilir.

Qeyd edək ki, qanunun ötən ilin oktyabrında Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.
Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun, yekun qərarın qəbul olunması üçün, Konstitusiya Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.

Onu da əlavə edək ki, Danimarka parlamenti qondarma “erməni soyqırımı” mövzusunu birdəfəlik qapamaqla Ermənistana sarsıdıcı zərbə vurub.

“Bu məsələ bir daha açılmamaq üzrə qapanır və parlament heç vaxt belə bir “soyqırımı” tanımayacaq”.

Danimarka parlamenti uydurma “erməni soyqrımı” ilə bağlı yekun qərar çıxarıb. Sputnik Azərbaycan bu haqda erməni KİV-nə istinadən məlumat verir.

Qərarda bildirilir ki, bu məsələ bir daha açılmamaq üzrə qapanır və parlament heç vaxt belə bir “soyqırımı” tanımayacaq. “Bu məsələ tarixçilərin müzakirəsinə verilməlidir” — qərarda vurğulanır.

Digər xəbərlər