Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransa və Briyaniya Əsədi Hələbin mühasirəsini qaldırmağa çağırdı

İyul 28
18:31 2016

Selefxeber.az-ın Alarabiyaya istinadən məlumatına görə Fransa Xarici İşlər Naziri Can Mark Ayrolt və Böyük Britaniya Xarici İşlər Naziri Boris Conson bu gün Suriya rejim qüvvələrini və müttəfiqlərini Hələb şəhərinin “fəlakətli” mühasirəsini ləğv etməyə çağırıblar.

Hər iki nazir Parisdə keçirdikləri görüşdən sonra birgə bəyanatla çıxış edərək bildiriblər ki, “bu şəhərin mühasirəyə alınması oradakı üç yüz min dinc sakinin həyatını təhlükəyə atır. Bu halda barışıq danışıqlarını yenidən başlamaq mümkünsüz olacaqdır.” Onlar Suriya rejimini və müttəfiqlərini bu əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Sələf Xəbər: Uca Allah buyurur: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Digər xəbərlər