Fransada 3 məscid bağlanıb
Dekabr 03
15:42
2015
722 dəfə baxılıb
Fransa Daxili İşlər naziri Bernar Kaznev ölkədəki terror aktlarından sonra 3 məscidin bağlandığını bildirib.
“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, nazir Fransada radikalizmin qarşısının alınması məqsədilə məscidlərin bağlandığını deyib:
“Sena və Marna bölgəsindəki məscidlərdən biri radikalizmi yaydığına görə bağlanıb. 22 nəfərin ölkədən kənara çıxmasına qadağa qoyulub, 9 nəfər isə ev dustağı elan olunub”.
Kaznev ötən həftə Lion və Jenvilye şəhərlərində eyni səbəbdən iki məscidin bağlandığını söyləyib.
Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)