Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada 4 məscid bağlanıb

Noyabr 03
15:32 2016

Fransada fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 4 məscid bağlanıb.
Report” xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Bu məscidlər Fransa Respublikasının dəyərlərinə uyğun olmayan və ictimai təhlükəsizliyə təhlükə yaradan radikal ideologiyanın yayılmasına xidmət edib”, – deyə DİN-in yaydığı rəsmi məlumatda bildirilir.
Sözügedən bütün ibadət evləri Paris yaxınlığında yerləşən İl-de-Frans regionunda- Val-de-Marn, İvelin və Sena-Sen-Deni departamentlərində yerləşir.
Fransada fövqəladə rejim 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktından sonra tətbiq edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”(Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər