Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada 700 məscidi bağlayıblar

Dekabr 24
16:22 2015

Fransada 700 məscid bağlanıb.

“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, noyabr ayında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonra Fransada polislər müsəlmanlara qarşı güc tətbiq edirlər. Polislərin onlara təzyiq etdiyi videolar sosial şəbəkələrdə yayınlanıb.

Müsəlmanlara qarşı daha bir təzyiq vasitəsi isə onların ibadət ocaqlarını bağlamaq olub. Məlumata görə terror hadisəsindən bu günə qədər Fransada bağlanan məscidlərin sayı isə 700-ə çatıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər