Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada hicabla bağlı məhkəmənin qərarı

İyun 11
14:33 2015

Fransada məhkəmə məktəbə uşaqları ilə girməsinə icazə verilməyən hicablı valideynlər haqqında qərar verib.

Fransanın cənubunda yerləşən Nitsa məhkəməsi uşağının məktəb mərasiminə qatılmaq istəyən hicablı bir ananın məktəbə buraxılmaması nəticəsində başlatdığı hüquqi prosesi yekunlaşdırıb.

“Sələf Xəbər” A24.az a istinadən bildirir ki, məhkəmə ananın hicaba görə dini ayrı-seçkiliyə məruz qaldığını və valideyinlərin, qəyyumların məktəblərdəki dini prinsiplərə tabe olmayacağına hökm edib.

Xatırladaq ki, adı açıqlanmayan şikayətçi ana 2014-cü ilin yanvar ayında oğlunun məktəbdə təşkil edilən imtahan mərasiminə qatılmaq istəmiş, ancaq məktəb rəhbərliyi tərəfindən hicablı olduğu səbəbiylə mərasimə buraxılmamışdı.

Hadisənin ardından zərər çəkmiş ana mövzuyla əlaqədar hüquqi proses başlatmışdı.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.

Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər