Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturalarını dərc etmiş jurnala basqın edilib – VİDEO

Yanvar 07
22:49 2015

Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

İlkin informasiyalara əsasən, hadisə zamanı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.
Olayla əlaqədar Fransa Prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “Twitter” səhifəsindən İŞİD terror xəvaric qruplaşmasının lideri əl-Bağdadinin karikaturasını paylaşıb.

🎬

 Sələf Xəbər: Şübhə yoxdur ki, Allah-Təalanın yer üzünə göndərdiyi Peyğəmbərlərin hamısını sevərək iman etmək, onlara hər hansısa əziyyəti verməmək hər bir insana vacibdir. Buna baxmayaraq, əsrlər boyu haqq Peyğəmbərlərə əziyyətlər verilib və təhqir ediliblər. Təəssüflər olsun ki, həmin bu iyrənc əməllərə dünyanın demokratiyadan və dinlərə hörmətdən dəm vurduqları bu əsrdə də rast gəlirik. Əlbəttə ki, bu qərəzli əməllər sülhsevər din olan İslama və onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) heç bir ziyan vuran deyildir. Çünki Allah-Təalanın ucaltdığını heç kim alçalda bilməz…

Sözsüz ki, İslamda Allahı, Onun dinini və Rəsulunu təhqir edənlərin öz cəzaları vardır. Lakin bu cəzanı hansısa bir insan, yaxud qruplaşma deyil, yalnız və yalnız başçı və ya onun təyin etdiyi şəxs icra edə bilər. İmam Şafii demişdir: “Hədd cəzalarını yalnız başçı və ya onun həvalə etdiyi kəs icra edə bilər. Çünki Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və xəlifələrin dövründə baş verən cəzalar yalnız onların izni ilə həyata keçirilirdi”. (Şafii, “əl-Umm 6/154).

Bu məsələ üzərində alimlər ittifaq etmişdirlər. Bunun da hikməti təhlükəsizliyin, hərc-mərcliyin və təcavüzkarlığın qarşısını almaqdır.

Ona görə də, Peyğəmbərlərə verilən əziyyətlər insaniyyata zidd bir əməl olduğu kimi, eləcə də, o əməli edən səfehlərin aidiyyatı olmayan orqan və ya fərdi şəxslər tərəfindən cəzalandırması da İslam dininə zidd bir əməldir.

Digər xəbərlər