Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada məscid yaxınlığında atışma nəticəsində 8 nəfər yaralanıb

İyul 03
17:42 2017

Fransanın Avinyon şəhərində yerləşən məscid yaxınlığında baş verən atışma nəticəsində 7 yaşlı qız uşağı da daxil olmaqla 8 nəfər yaralanıb.

Selefxeber.az-ın məlumatına görə, “Report” “The News Exicutive” nəşrinə istinadən xəbər verir ki, hadisənin motivləri məlum deyil.

“Laprovence.com” yazır ki, insident Arahma məscidi qarşısında qeydə alınıb.

İlkin məlumata görə, atışmanı “Renault” markalı avtomobil ilə məscidə gələn iki maskalı şəxs törədib.

Polis terror fərziyyəsini tamamilə rədd edib. Atışmanın gənc insanlar arasında şəxsi münasibət zəminində baş verə biləcəyi ehtimal edilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər