Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada məscidin divarlarına irqçi şüarlar yazılıb

Yanvar 12
17:32 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Cümə günü, Parisdə 12 nəfərin ölümü ilə nəticələnən hücumdan bir neçə gün sonra cənubi-qərbi Fransada yerləşən bir məscidə sübh namazını qılmağa gələn müsəlmanlar divarlarda irqçi şüarların yazıldığını görüblər.

Regionda Müsəlman Assosiasiyasının prezidenti Abdurrəhim Vəcunun verdiyi məlumata əsasən, Bayonna şəhərində yerləşən məscidin qapısında, zibil qutusunda və elanlar lövhəsində flüoresent yaşıl boya ilə yazılar yazılıb.

Yazılar həftəlik satirik “Charlie Hebdo” jurnalına edilmiş hücuma işarə edib. Vəcunun sözlərinə əsasən, məscidin üzərində “Çarliyə azadlıq”, “qatillər” və “çirkin ərəblər” kimi sözlər yazılıb.

O, “qorxuruq ki, bu cür fəaliyyət daha da arta bilər”- deyib. “Biz də hamı kimi, “Charlie Hebdo”nun redaksiyasında baş vermiş hadisədən dəhəşətə gəlmişik, bu tamamilə haqsız bir hadisədir. Lakin baş verənlərə bir də təhqir əlavə etmək ədavətə səbəb olacaq”-deyərək Vəcunun narahatlığını bildirib.
Fransanı sarsıdan “Charlie Hebdo” qətliamından sonra ölkənin bir neçə şəhərində müsəlmanların ibadət yerləri hədəfə çevrilib. Açılan atəşlər və atılmış boş qumbaralar nəticəsində isə xəsarət alan olmayıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik.” (Qurani-Kərim, “Ənkəbut” surəsi, 46-cı ayə)

“Uca Allah, müsahibi Kitab əhlindən olan cahil insanla mübahisəyə girməyi və müzakirənin yaramazlıqla aparılmasını qadağan etmişdir. Rəbb əmr edir ki, haqqı ən ləyaqətli tərzdə sübuta yetirmək lazımdır və bu zaman həmsöhbətə yüksək əxlaqi məziyyətlər nümunəsi və xeyirxah münasibət göstərilməlidir. Vaiz haqqı ən yüksək səviyyədə göstərməklə, yalanı ən təsirli üslubda ifşa etməlidir. O, özünü üstün tutmaq xatirinə müqabil tərəfi təkzib etməyə can atmamalıdır. Əksinə, o, bütün imkanlardan istifadə edərək, haqqı insanlara çatdırmalı və onları doğru yola çıxartmalıdır.

Vaizə aydın olduqda ki, Kitab əhli mübahisəyə haqqı aşkar etmək xatirinə deyil, müsəlmanların üzərində üstünlük əldə etməyə və fitnə salmağa ümid bəsləyərək girişir, onda o, onların bu istəklərinə razılıq verməməlidir, çünki belə adamlarla mübahisəyə girmək fayda verməz. Bu isə o deməkdir ki, belə müzakirələrə qoşulmağın mənası yoxdur.”

Digər xəbərlər