Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Fransada məscidlərin sayını artırmaq lazımdır”

Aprel 06
19:11 2015

Yaxın iki ildə Fransada məscidlərin sayının iki dəfə artırılması ideyası irəli sürülüb.

Bu bəyanatla çıxış edən Fransa İslam Mədəniyyəti Şurasının rəhbəri, Parisin Böyük Məscidinin rektoru Dalil Bubakör bildirib ki, hazırda ölkədə 2200 məscid fəaliyyət göstərir. Bu, Fransada yaşayan yeddi milyon müsəlman üçün azlıq təşkil edir. Ona görə də, iki ildə onların sayını iki dəfə artırmaq lazımdır.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən məlumat verir ki, Paris Böyük Məscidin rektoru bu fikirlərini Fransa paytaxtının yaxınlığındakı Burje şəhərində ənənəvi olaraq keçirilən Fransa İslam Təşkilatının konfransında səsləndirib.

D.Bubakör Fransada namaz qılınan yerlərin kifayət etmədiyini , yarımçıq məscidlərin olduğunu, bəzilərinin isə tikintisinin başa çatdırılmadığını, bir çox meriyaların məscidlərin tikintisinə mane olduqlarını diqqətə çatdırıb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər