Fransada minlərlə məscid açıq elan olundu
 
											Yanvar 11
										
											17:46
											2016
										
									909 dəfə baxılıb
Həftə sonu Fransada bütün məscidlərdə “Açıq Məscid” günü keçirilib.
Məscidlərin məqsədi İslam və müsəlmanlar haqqında əsassız mənfi və yanlış təsəvvürləri aradan qaldırmaq olub.
Fəqrli din və inanclara malik qonaqlar müsəlmanlarla ekskursiya, dəyirmi masa və çay məclisində iştirak etmək üçün Fransanın müxtəlif şəhərlərində yerləşən 2400 məscidə gəliblər.
“Sələf Xəbər”in “Al-Jazeera” yə istinadən xəbərinə görə, tədbir İslam dini işləri üzrə Fransa Şurası tərəfindən təşkil olunub.








































 
						 
						 
						 
						 
						 
						 
						


