Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada müəllim hicablı tələbəyə dərs deməkdən imtina edib

Fevral 11
20:51 2015

Təhqiramiz hərəkətinə görə professor həmin universitetdən uzaqlaşdırılıb.

Fransanın Paris-13 Universitetində Hüquq fənnini tədris edən professor auditoriyaya daxil olarkən birinci sırada oturan tələbələr arasında başı örtüklü tələbəni gördükdə əsəbiləşib və dərs deməkdən imtina edərək otağı dərhal tərk edib.

Hərəkətinə haqq qazandıran müəllim ictimai yerlərdə baş örtüyü ilə görünməyin qadağan edildiyini xatırladıb və “Charlie Hebdo” satirik jurnalına qarşı törədilən terror aktından sonra dini simvollara nifrət hissi bəslədiyini etiraf edib.

“Sələf Xəbər”in AzərTAc-a istinadən məlumatına görə, müəllimin hərəkətindən qəzəblənən tələbələr yoldaşlarının müdafiəsinə qalxıb və universitet rəhbərliyindən antisemitizm meylinə görə müəllimin dərhal universitetdən çıxarılmasını tələb ediblər.

Müəllim və tələbələr arasında baş verən hadisə tələbələrin qələbəsi ilə nəticələnib. Təhqiramiz hərəkətinə görə professor həmin universitetdən uzaqlaşdırılıb.

 Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.

Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə).

Əlbəttə ki, bir çox qeyri-müsəlman ölkələrindən fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər