Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada müsəlman vaizlər diplom almağa vadar edilə bilər

Dekabr 05
20:48 2014

“Sələf Xəbər” www.theguardian.com saytına istinadən xəbər verir ki, Fransa hökumətinin nəzərdə tutduğu yeni qaydalara əsasən, əcnəbi müsəlman vaizlər Fransada işləmə icazəsi almaq üçün rəsmi şəkildə tanınmış diplom əldə etməyə vadar edilə bilər.

Ekstremizm ideologiyasının yayılmasının və gənclərin radikallaşmasının qarşısını almaq məqsədi daşıyan yeni qanun qəbul edildiyi halda, bu Fransada imamların və müsəlman icması liderlərinin 70%-dən çoxuna təsir edəcək.

Hökumət bu qərara, Fransa vətəndaşları Mixael Dos Santos və Maksim Hoçardın Suriyada 18 Suriya əsgərinin və ABŞ humanitar yardım işçisi Piter Kassiqin başının kəsilməsində iştirakı müəyyən edildikdən sonra gəlib.

“Guardian” qəzetinin əldə etdiyi nəşr edilməmiş hesabatda, rəsmilər Fransada sayı 5.5 milyon nəfər olan müsəlman əhaliyə təsir edənləri nəzarətdə saxlamağı təklif edir. Hesabatda qeyd edilib ki, müsəlman dini liderləri üçün formal və “universal” treyninqlərin keçirilməsi ekstremizmi azaldacaq, inteqrasiyaya səbəb olacaq və imamları digər dinlərdən olan ruhanilərlə eyni səviyyədə saxlayacaq.

Lakin Belçikanın Leuven Universitetinin Hüquq və Din üzrə professoru Marko Ventura bildirib ki, bu hesabat hökumətin dinə qarışması barədə mübahisəli bir məsələ qaldırıb. “Bu müsəlman icmasının özəyinə qədər çatan və onun daxili təşkilatlanmasına təsir edən dövlət müdaxiləsidir”, – deyə vurğulayıb.

“Bu, bir çox cəhətdən 19-cu əsrdə modernizasiya məqsədilə dövlətin dini təlimlərə cəlb edilməsinə qayıdışı ifadə edir. O günlərdə hədəf yəhudilər və xristianlar idi. Sənəd özü, təklif olunan qərarın keçmişdə baş vermiş bir presedent olduğuna diqqəti cəlb edir”.

Fransalı rəsmilərin hesablamalarına əsasən, ölkədə 1800 imam çalışır və onlardan cəmi 25-30%-nin milliyyəti fransızdır. 1800 imamdan cəmi 800-ü ödənişli əsasda və ya tam iş günü çalışır. Əmək haqqı alanlardan demək olar ki, hamısı əslən Türkiyə, Əlcəzair və Mərakeşli olan və öz ölkələrində təlim keçmiş imamlardır.

Hökumət bu qərara 2 Fransa vətəndaşının Suriyada 18 Suriya əsgərinin və ABŞ humanitar yardım işçisi Piter Kassiqin başının kəsilməsində iştirak etdiyi müəyyən olunduqdan sonra gəlmişdir. 22 yaşlı Normandiyalı Maksim Hoçard və 22 yaşlı Şampini-sur-Marnlı Mixael Dos Santosun adları, onlar Fransa Daxili İşlər Nazirliyi tərəfindən “İslam Dövləti” terror xəvaric qruplaşması qatillərinin təbliğat videosunda müəyyən olunduqdan sonra çəkilib. Kəşfiyyatçılar hər iki cihadçının internet vasitəsilə radikallaşdırıldığına inanır.

Əcnəbi döyüşçüləri cəlb etmək üçün gücləndirilmiş təbliğatın bir hissəsi kimi İŞİD terror xəvaric qruplaşmasının yeni yayımladığı filmdə, 3 Fransa vətəndaşının öz pasportlarını yandırması və Fransadakı müsəlmanlara Suriya və İraqdakı qruplaşmaya qoşulmağa və ya vətənə hücumlar etməyə çağırması əks olunub.

Daxili İşlər Nazirliyinin rəsmi statistik göstəricilərinə əsasən, 1132 Fransa vətəndaşı ya potensial döyüşçü kimi və ya saxta sənəd hazırlayan dələduzlar kimi İŞİD terror xəvaric qruplaşmasına cəlb edilib. İŞİD terror xəvaric qruplaşması sıralarında 376 fransızın olduğu, bir çoxlarının isə ora getməyə hazırlaşdığı və ya geri qayıtdığı bildirilir.

Digər xəbərlər