Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada müsəlmanlara hücumlar dəfələrlə çoxalıb

İyul 10
16:27 2015

Fransada müsəlmanlara qarşı dini və irqi ayrı-seçkilik zəminində hücum halları çoxalıb. Belə ki, ilin əvvəlində “Charlie Hebdo” jurnalına qarşı olan terror hücumundan sonra müsəlmanlara qarşı fikir bir mənalı deyil.

“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, “Deutsch Türkisches Journal”ın yaydığı məlumata əsasən, yanvar-iyun aylarında müsəlmanlara qarşı hücumlar düz 5 qat artıb. Ekstremist hücumların 73%-i qadınlara qarşı olub.

Hücum edən fransızlar, adətən məscidləri daha çox hədəfə alırlar. Keçən il ilə müqayisədə məscidlərə hücumlar 4 dəfə çoxalıb. Əvvəlki illərdə keçirilmiş sorğuda 76% Fransa vətəndaşı müsəlmanlarla birgə yaşmağı normal qəbul edirdisə, bu rəqəm artıq 72%-ə düşüb.

Xatırladaq ki, Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkələrdən biridir və bu ölkədə 3000 məscid yerləşir. Ölkədə, təqribən 5 milyon müsəlman yaşamaqdadır.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə, İslam antisemitizmi qadağan edir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)

Digər xəbərlər