Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada müsəmanlara küçədə namaz qılmaq qadağan olundu

Noyabr 21
17:50 2017

Fransanın daxili işlər naziri Jerar Kollon bəyan edib ki, polis şəhər küçələrində namaz qılınmasına mane olacaq.

Selefxeber.az xəbər verir ki, “Trend”in məlumatına görə, naizirin sözlərinə görə, Fransa şəhərlərinin küçələrində kütləvi dini mərasimlər qadağan olunub.

Qeyd olunur ki, bu qərar bir müddət əvvəl Paris yaxnlığındakı Klişi-la-Qarenn qəsəbəsində baş vermiş insidentlə bağlıdır. Noyabrın 10-u burada 100-ə yaxın mer, millət vəkili və məmur yürüş keçirərək kütləvi dini ayinlərin ləğv olunmasını tələb edib. Yürüş zamanı onlar Fransa himnini səsləndirərək kütləvi namaz qılanlara mane olmağa çalışıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)

Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər