Fransada namazgah dağıdılıb
Dekabr 26
16:38
2015
722 dəfə baxılıb
Aksiya iştirakçıları bir neçə Qurani-Kərimin nüsxəsini də yandırmaq istəyiblər.
Fransanın Korsika adasının mərkəz şəhəri hesab olunan Ayaççoda müsəlman ibadətxanası dağıdılıb.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları bir neçə Qurani-Kərimin nüsxəsini də yandırmaq istəyiblər.
Fransa rəsmiləri hadisəni pisləyiblər. Hökümət başçısı Manuel Vals öz “Twitter” səhifəsində müqəddəs yerdə təhqiramiz hərəkətlərin yolverilməz olduğunu yazıb.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)