Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada qəzaya uğrayan təyyarənin qalıqları Alp dağlarında tapıldı

Mart 24
17:47 2015

Fransua Olland: “Böyük ehtimalla 142 sərnişinin hamısı həlak olub”.

Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları Barselonet (Fransa) şəhərinin yaxınlığında, Alp dağlarında tapılıb.

“Sələf Xəbər” Yenicağ.az-a istinadən bildirir ki, təyyarənin dəniz səviyyəsindən 2700 metr yüksəklikdə, dağlıq ərazidə qəzaya uğradığı məlum olub.

Bu ərazidə faktiki olaraq yol olmadığından, xilasedicilər və yanğınsöndürənlər hələlik hadisə yerinə gedib çıxa bilməyiblər. Fransa prezidenti Fransua Olland xalqa müraciətində avialaynerin qəzaya uğraması nəticəsində sağ qalanların böyük ehtimalla olmadığını bəyan edib: “Hələlik qəzanın səbəbləri haqqında danışmaq tezdir. Hadisənin səbəblərinin araşdırılması üçün qərargah yaradılıb. Böyük ehtimalla 142 sərnişinin hamısı həlak olub”.

Təyyarənin məxsus olduğu “Lufthansa” şirkətinin törəmə müəssisəsi olan “Germanwings” aviaşirkətindən isə qəza ilə bağlı heç nə deyə bilməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Fransa Mülki Aviasiya İdarəsi təyyarədə 142 sərnişinin və 8 ekipaj üzvünün olduğunu açıqlayıb. Sərnişinlərin əksəriyyətinin Almaniya vətəndaşları olduğu bildirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər