Fransada sinaqoqlar məscidə çevrilir
828 dəfə baxılıb
Fransanın Marsel şəhərində yaşayan müsəlmanlar 400 min dollar ödəyərək şəhər mərkəzində yerləşən sinaqoqu satın alıblar. “Sen-Şarl” dəmir yolu stansiyası yaxınlığında yerləşən sinaqoq məscidə çevrilərək müsəlmanların ibadət yeri olacaq.
Bu simvolik transformasiyaya səbəb isə son illərdə burada yaşayan yəhudilərin şəhəri tərk etməsi olub. Belə ki, əvvəllər 250 nəfərə qədər yəhudinin toplaşdığı sinaqoqa gələn ziyarətçi sayı getdkicə azalmağa başlayıb.
Hal-hazırda 800 min əhalisi olan Marsel şəhərinin 250 min nəfərini ərəblər, 80 min nəfərini isə yəhudilər təşkil edir. Lakin son illər ərzində şəhərdə yaşayan müsəlmanların sayı artmağa, yəhudilərin sayı isə azalmağa başlayıb. Bu səbəbdən müsəlman icmaların yeni ibadət yerlərinə ehtiyacı da artmaqdadır.
Mənbə: “Голос Ислама”
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).