Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada terror aktının təşkilatçısının şəkli yayıldı

Noyabr 16
21:19 2015

“Sələf Xəbər” AzərTAc-a istinadən bildirir ki, Fransa polisi Parisdə baş vermiş terror aktlarının təşkilatçısının izinə düşdüyünü bəyan edib və onun şəklini yayıb.

Bildirilir ki, terror aktında iştirak edən 3 qardaşdan biri Montröydə içərisində “Kalaşnikov” avtomatları tapılan maşını kirayə götürüb və Volter küçəsində barda partlayış törədib, digəri Belçikada saxlanılıb. Üçüncü qardaş Abdeslam Salah isə ya qaçıb, ya da öldürülüb.

Terror aktlarının təşkilatçısı olduğu bildirilən Abdeslam Salahın həmin gün axşam Fransa-Belçika sərhədini keçdiyi qeydə alınıb. Polis Fransa və Belçika vətəndaşlığı olan Abdeslam Salahın çox təhlükəli olduğunu bildirir.

Onun İŞİD terror xəvaric qruplaşması ilə əlaqəsi olduğu vurğulanır.

Qeyd olunur ki, Abdesalm Salah terror aktı axşamı Fransadan Belçikaya getmək üçün 2 belçikalı dostu ilə əlaqə yaradıb. Onun dostları artıq Belçika polisi tərəfindən saxlanılıb.

Fransa vətəndaşları olan 3 kamikadzenin kimliyi də müəyyənləşdirilib: 29 yaşlı kamikadze Omar İsmail Mostefai Bataklanda, 20 yaşlı kamikadze Bilal Hadfi Fransa stadionu yaxınlığında, 31 yaşlı kamikadze İbrahim Abdeslam Volter prospektində partlayışlar törədiblər.

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər