Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransadakı müsəlmanlar deportasiya təhlükəsindədir

Avqust 26
13:16 2015

Fransada iqtidardakı Sosialist Partiyasının Baş katibi həddən artıq sağ partiyaya meyilli Milli Cəbhənin hakimiyyətə gələcəyi təqdirdə ölkədəki 4 milyon müsəlmanın deportasiya ediləcəyini açıqlayıb.

“Sələf Xəbər” Dunyamedia.az-a istinadən xəbərinə görə, RTL radiosuna açıqlama verən Jean-Christophe Cambadelis bildirib ki, Milli Cəbhə hakimiyyətə gələrsə, öz proqramını tətbiq edəcək, yəni 4 milyon müsəlmanı ölkədən xaric edəcək. Bunun Fransadakı vəziyyəti gərginləşdirəcəyini deyən Baş katib Fransanın regional seçkilərin ərəfəsində olduğuna da diqqət çəkib.

O həmçinin, sol partiyalar arasındakı parçalanmanın davam edəcəyi təqdirdə sağ blokun seçkilərdən böyük bir zəfərlə çıxacağı barədə xəbərdarlıq edib.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.

Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?

Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).

Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər