Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransadan ilk dəfə İŞİD-ə zərbə

Fevral 28
11:37 2015

Fransa təyyarə gəmisi “Şarl de Qol”dan qalxan hərbi təyyarələri bu gün ilk dəfə İŞİD terror xəvaric qruplaşmalarının hədəflərini bombalayıb.

“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, BFM televiziya kanalı İŞİD terror xəvaric qruplaşmasının hədəflərini vurmaq üçün bu gün dörd ədəd bomba yüklü hərbi təyyarənin gəmidən havaya qalxdığı barədə məlumat yayıb. Hərbi təyyarələrdən biri bombalarının hamısını, digəri isə yarısını İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə atıb, iki təyyarə isə bombalarla gəmiyə geri qayıdıb. Fransız hərbi təyyarələri daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan havaya qalxaraq beynəlxalq koalisiyaya dəstək vermək üçün İŞİD terror xəvaric qruplaşmasının hədəflərini vurub.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland “Şarl de Qol” gəmisini bölgəyə göndərəcəklərini hələ keçən ay açıqlamışdı. Fransa İŞİD terror xəvaric qruplaşmasına qarşı ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyaya ilk dəstək verən ölkələrin arasında iştirak edib.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər