Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransalı xəvaric qruplaşmasının üzvləri ölkələrinə qayıtmaq istəyir

Dekabr 08
17:36 2014

“Sələf Xəbər” www.telegraph.co.uk saytına istinadən xəbər verir ki, Fransız xəvariclər Suriyada soyuqdan, necə vuruşmaq lazım olduğunu bilmədiklərindən və iPod-larının işləmədiyindən şikayətçidir.

Fransalıların valideynlərinə yazdıqları məktublarından onların böyük macəra sandıqları “səyahətləri”ndə səfalət, cansıxıcılıq və qorxu ilə üzləşdikləri üzə çıxıb.

“Le Figaro” qəzetinə təqdim edilmiş məktublarda Suriyada vuruşan 376 nəfərdən bir neçəsi evə qayıtmağın mümkün yolları barədə məsləhət istəyiblər. Digərləri isə döyüşdə iştirak etmək əvəzinə, hambal rolunu oynadıqlarını bildiriblər.

Aleppodan evə qayıtmaq istəyən döyüşçülərdən biri yazıb: “Mənim işim ancaq paltar və yemək paylamaqdır. Həmçinin, silahları təmizləyir və cəbhədən cəsədləri daşıyıram. Qış gəlib. Vəziyyət çox çətinləşib”.
Digər bir cihadçı isə yazıb: “Bezmişəm. Burda yuma işinə mən baxıram”.

Bir fransız şikayət edir ki, onun evə qayıtmaq istəməsinin səbəbi Fransada rahat həyatı üçün darıxmasıdır: “Mən bezmişəm. iPod-um da burda işləmir. Mən geri qayıtmalıyam”.

Üçüncüsü isə qorxu içində bunları yazıb: “Onlar məni cəbhəyə göndərmək istəyir, amma mən döyüşməyi bacarmıram”.
Digərləri isə Suriya ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı və Fransa dövləti tərəfindən qəbul olunmamasına görə narahatdır.

“Le Figaro” qəzetində cihad liderləri arasında da bəzi fransızların vətənə qayıtmaq istəməsi barədə məqalə dərc edilib. Bir fransızın vətənə qayıtmış dostunun ardınca getmək istədiyini əmirə bildirdiyi üçün başının kəsilməsi barədə şayiələr gəzir.

“Le Figaro” qəzetinə müsahibəsi zamanı bir hüquqşünas bunları deyib: “Hamı bilir ki, o insanlar orada nə qədər qalsalar, bir o qədər pis olacaq. Çünki vəhşilikləri görə-görə, törədə-törədə onlar saatlı bombaya çevrilirlər. Lakin Fransanın peşman olub geri qayıdanları qəbul edib-etməməsi barədə müzakirələr gedəndə, heç bir siyasətçi bu risqin altına girmir. Bu cihadçılardan birinin daha sonra ölkədə terror aktında iştirak etdiyini bir təsəvvür edin”.

Fransada bir qrup hüquqşünas dövlətin onlara geri qayıtmağa icazə verməsinə inandırmaq üçün gənclərin ailələri adından fəailiyyət göstərir. Onlar qəzetə bildirib ki, terror əleyhinə mübarizə aparan orqanlarla – polislərlə, daxili təhlükəsizlik məsələlərinə dair orqanların rəhbərləri və Daxili İşlər naziri Bernar Kazenyövlə ehtiyatla təmasa girməyə çalışırlar.

Hüquqşünaslar bildirib ki, onlarla bağlı əvvəlcədən heç bir razılığa gəlinməyib və orqanlar həmişə bunu məsləhət görürlər: “Özünüzü İstanbul və ya Ərbil (İraq) konsulluğunda təqdim edin. Daha sonra baxarıq”.
Fransaya qayıtmış, təqribən 100 cihadçıdan 76-sı həbsxanadadır. Hesabatda qeyd edilib ki, cihadçıların sayına görə qlobal lider Britaniyadır və hətta, Fransa sistemi daxilində bəziləri özlərinin “araşdırma sənətinə” görə məşhur olan Britaniya Təhlükəsizlik Xidmətinə təhvil verilmələrini istəyiblər.
Bir mütəxəssis qəzetə müsahibəsi zamanı bildirib: “Təhlükəsizlik xidmətləri daxilində Britaniyalı xəvariclərin daha maraqlı insanlar olduğu bildirilir, çünki onlar, əksəriyyəti səfehlər olan fransalı həmkarlarından daha yüksək intellekt səviyyəsinə malikdirlər”.

Fransız xəvaricin hekayəsi, 6 ay İraqda İŞİD terror xəvaric qruplaşması ilə çiyin-çiyinə vuruşmuş, lakin tualetləri təmizləmək işindən ümidləri puç olaraq Mumbaiyə qayıdan bir nəfərin hekayəsinə bənzəyir.
Mumbaidən şərqdə yerləşən Kalyan şəhərinin sakini 23 yaşlı Məcid bunları deyir:
“Orada nə müqəddəs müharibə, nə də Quranda bəhs edilən ehkamlar yox idi”. Məcid istintaq zamanı bildirib: “İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri orada bir çox qadınları zorlayırdılar”.

 Sələf Xəbər: Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab” 24).

Digər xəbərlər