Fransanın Rusiyaya satmadığı “Mistraal”ı ərəblər alır
804 dəfə baxılıb
Səudiyyə Ərəbistanı və Misir Fransanın Rusiyaya satmaqdan imtina etdiyi iki “Mistraal” gəmisini almağa hazırdır.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu haqda “Le Monde” qəzeti yazır. Qəzet yüksək vəzifəli fransız məmuruna istinad edir.
Gəmilərin alınması 6 avqustda Süveyş kanalının ikinci xəttinin açılışı zamanı Fransua Ollandla Sisi arasında müzakirə olunub.
Qəzet yazır ki, Səudiyyə Kralı Salman Misirdə Qırmızı və Aralıq dənizi ölkələrini qoruya biləcək donanma yaratmaq istəyir. “Mistraal” koalisiya güclərini dənizdə təchiz edəcək vasitə kimi nəzərdən keçirilir.
Qeyd edək ki, ilkin müqaviləyə görə, iki vertolyot daşıyan “Mistraal” gəmisi Rusiyaya satılmaq üçün hazırlanmışdı. Lakin Ukraynadakı hadisələrə görə, Fransa gəmiləri Rusiyaya satmaqdan imtina etdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbrli olanlar və şükür edənlər üçün bir ibrətdir. (Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar”. (Qurani-Kərim, “Loğman” surəsi, 31,32-ci ayələr)