Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransızlar bu müsəlmana mükafat verilməsini tələb edir

Yanvar 17
10:11 2015

Fransada Lassana Batili adlı malili müsəlman gənc üçün kampaniya başlanılıb.

“Sələf Xəbər”Axar.az-a istinadən xəbər verir ki, Batiliyə ölkənin ən nüfuzlu ordeni – “Fəxri legion” verilməsi üçün başlanan imza kampaniyasına bu günə qədər artıq 270 min adam imza atıb.

Batiliyə Prezident Fransua Olland da zəng edərək cəsarətindən dolayı onu təbrik etmişdir.

Xatırladaq ki, 9 yanvar hücumu zamanı Batili 15 nəfəri marketin zirzəmisinə aparmaqla terrorçuların gözündən yayındırmış və xilas etmişdir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.” (Qurani-Kərim, “ Talaq” surəsi, 2-3-cü ayə)

“Allah təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər