Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Gənc qan xeyriyyəçiləri dünya gənclərinin XIV forumunda iştirak edib

Sentyabr 05
16:14 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal gənc donoru Mədaim Rəhimli Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunmuş Dünya Gənclərinin XIV Forumunda iştirak ediblər.

Forum Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilib. Forumun əsas məqsədi dünya gənc qan donorları arasında əlaqələri gücləndirmək, təcrübə mübadiləsinə dəstək olmaq və fəaliyyətin inkişafını tənzimləməkdən ibarətdir.

Forum çərçivəsində azərbaycanlı heyət Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının prezidenti Gianfranco Massaro və Beynəlxalq Gənclər Komitəsinin sədri Alicia Simanetti ilə rəsmi görüş keçirib və gələcək müştərək layihələri də müzakirə ediblər.

4 gün davam edən Forumda dünyanın bir çox ölkə gəncləri iştirak ediblər.

Qeyd edək ki, ölkə təmsilçilərimizin dünya forumunda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə təmin olunub.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər