General: “İŞİD sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür”
667 dəfə baxılıb
“İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşması sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, ordu generalı Sergey Smirnov bildirib.
Onun sözlərinə görə, FTX-nın məlumatlarına əsasən, “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması tərkibində Rusiya vətəndaşları ilə yanaşı Orta Asiya ölkələrinin 3 minədək vətəndaşı döyüşür.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)