“Google” müsəlmanları bu yolla terrorist kimi qələmə verir.
837 dəfə baxılıb
Məlum olub ki, ən məşhur İnternet axtarış səhifəsi olan “Google” öz istifadəçilərinə axtarış zamanı müsəlmanlar haqqında xoşağəlməz ipucları verir.
Bu barədə ilk olaraq amerikalı bloqqer Hind Makki məlumat verib. Gənc jurnalist Hillari Klintonun müsəlmanlara münasibəti ilə bağlı məqaləsi üzərində işləyərkən “Google” axtarış pəncərəsinə «American Muslims report terrorism» (Amerikalı müsəlmanlar terroriuzm haqqında məlumat verir) cümləsini yazıb.
Bu zaman jurnalist onu heyrətə salacaq bir vəziyyətlə üzləşib. Belə ki, axtarış nəticəsi əvəzinə sistem “Amerika müsəlmanları terroru dəstəkləyir” (American Muslims support terrorism) cümləsini təklif edib.
Qeyd etmək lazımdır ki, “Google” rus dilində də müsəlmanlarla bağlı axtarış sorğusu zamanı bu cür sözlər təklif edirdi. Məsələn, «мусульмане поддерживают» (müsəlmanlar dəstəkləyir) cümləsini daxil edən zaman «ИГИЛ» (İŞİD) sözünü ekrana çıxarırdı. ( “müsəlmanlar İŞİD-i dəstəkləyir”). Eləcə də, “«все мусульмане»” ( bütün müsəlmanlar) yazdığınız zaman “Google” avtomatik olaraq «террористы» (terrorçudurlar) sözünü təklif edirdi.
Quartz saytından əldə olunan məlumatlara görə artıq Google şirkəti bu haqda olan məlumatları sistemdən silmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.” (Müqəddəs Quran, “Tariq” surəsi, 15-17-ci ayələr)
“Məhəmməd Peyğəmbərə və Qurana inanmayanlar haqqı yer üzündən silmək və yalanı əbədiləşdirmək üçün hiylələr qurur. Allah isə, kafirlərin qəzəbinə baxmayaraq, haqq aydına çıxarıb yalanı yox etmək üçün hiylələr qurur. Və bu qarşıdurmada kimin üstün gələcəyi tamamilə aydındır, axı insan Hər şeyi bilən və Qüdrətli Allaha aldatmaq üçün çox cılız və zəifdir. Bax buna görə tezliklə kafirlər öz pisliklərinin bəhrəsini görəcək, və Allahın cəzası üzərilərinə yağacaq.” (Bax “Təfsir Əs-Saadi”)