“Google” xəritələri silir. Səbəb?
938 dəfə baxılıb
“Google” şirkəti hazırda Almaniyada yerləşən qaçqın düşərgələrinin yerini əks etdirən xəritələri elektron bazadan silməyə başlayıb. Səbəb xəritələrdə Almaniyadakı yüzlərlə qaçqın massivlərinin açıq-aşkar göstərilməsidir ki, bu da nəticədə millliyyətçi ekstrimist qrupların qaçqınlara hücumunu çox rahatlaşdırır.
“Sələf Xəbər”in məlumatına görə, Azvision.az “Deutsche Welle“yə istinadən məlumat verir ki, ilk olaraq “Amadeu-Antonio Fondu” bu təkliflə çıxış edərək “Google” şirkətindən xəritələrin dərhal silinməsini tələb edib. “Google”un Almaniya üzrə rəsmisi Lena Hoyerman isə açıqlamasında deyib ki, biz müraciətləri yoxladıq və araşdırdıq: “Hansı şəhərlərdəki nifrət dolu irqi etiraz, milliyətçi çıxışlar və milli ayrı-seçkilik zəminində etirazlar təşkil olunursa, həmin yerdə qaçqınların məskunlaşdığı məkanlara aid informasiyanı, o cümlədən xəritələri bazadan çıxartdıq”.
“Deutsche Welle” onu da əlavə edir ki, beləcə müəyyən qədər də olsa, qaçqınlar intensivləşməkdə olan hücum hallarından sığortalanmağa nail olacaqlar.
Qeyd edək ki, 2013-cü ilin statistik göstəriçiləri ilə müqayisədə Almaniyada gəlmələrə qarşı aqressiv hallar 3 dəfə çoxalıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)