Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Günəş batmadığı üçün ölkə müsəlmanları fikir ayrılığına düşüblər

İyun 23
14:21 2015

İslandiyada yaşayan müsəlmanlar 18, bəzən 22 saat oruc tutur.

“Sələf Xəbər”in Avropa.info-ya istinadən xəbərinə görə, maraqlıdır ki, paytaxt Reykyavikin müsəlman məscidlərində imsak və iftar vaxtlarında ayır-seçkilik var. Fərqlilik imamların mövqeyi ilə əsaslandırılır.

Şəhərdəki “Əl-Nur”məscidini ziyarət edən müsəlman türklər 18 saat oruc tutur.

Ancaq ərəb ölkələrindən olan əksər müsəlmanlar Ramazan ayında orucun 22 saat tutulmalı olduğuna inanır.

“Əl-Nur” məscidinin imamı İsmayıl Malik deyir k, 3 ildir Reykyavik məscidində imamlıq edir, amma belə ayrı-seçkiliyin olmasına təəccüblənib. O, İslandiyada günün uzunluğunun 22 saat olması ilə bağlı suala cavab verib.

“Bu məsciddə biz Avropa Şurasının fətvasına əməl edirik. Oruc saatı üçün 45-ci paraleli əsas götürürük. Bundan əlavə Əzhər Universitetinin oruc müddətini qısaldan fətvası var. 22 saat oruc tutmağa ehtiyac yoxdur, çünki bunu icra etmək mümkün deyil”.

Onun sözlərinə görə, məscidi ziyarət edən müsəlmanlar iftarlarını yerli vaxtla saat 21:00-da açırlar.

Dini İşlər üzrə İdarənin London məsləhətçisi Mahmud Özdemir deyib ki, iftar və imsak vaxtlarının müəyyən edilməsi məsələsində müsəlmanlar arasında hələ də ayrı-seçkilik var.

İslandiya dünyada ən az müsəlman yaşayan ölkələrdən biridir. 2013-cü ilin statistikasına görə, ölkədə 770 müsəlman var.

Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər. (Bax: “Təfsir Əs-Saadi”)

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik! Amin!

Digər xəbərlər