Gürcülər İŞİD-lə döyüşəcəklər
950 dəfə baxılıb
Qafqaz islamçılarının İŞİD terror xəvaric qruplaşmasına sədaqət andı içmələri və Qafqazda onun filialını yaratmaları təhlükə doğurur.
“Sələf Xəbər”in “Oxu.az”-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın baş Qərargahının rəisi Vaxtanq Kapanadze NATO-nun Avropa qüvvələrinin baş komandanının müavini, general Adrian Bredşou ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu fakt müəyyən dərəcədə yenilik deyil, belə ki, daha öncə bir neçə çeçen və Dağıstan səhra komandiri “İslam dövləti” – İŞİD terror xəvaric qruplaşmasına öz itaətlərini bildirmişdilər.
“Bu, “İslam dövləti”nin “Qafqaz əmirliyi” barədə bəyanat etdiyi ilk hadisə idi. Şübhəsiz ki, sözügedən təşkilat yalnız Gürcüstan üçün təhlükəli deyil. Bizim işlədiyimiz müvafiq hesablamalar və senarilər var. Göstərilən fakt diqqətsiz qalmayacaq və bir daha bizim tərəfdaşlarımız ilə müəyyən yeni əməkdaşlığın labüdlüyünü vurğulayardım”, – deyərək Kapanadze bəyan edib.
NATO-nun Avropa qüvvələrinin Ali baş komandanının müavini, general Adrian Bredşou bu məsələ üzrə şərh verib.
Onun sözlərinə görə, bu, yalnız Qafqaz üçün deyil, eləcə də bütün dünya üçün problem yaradır.
Berdşou bəyan edib: “Bu problem Əfqanıstandan gəlir, Mərkəzi Asiyanın və Yaxın Şərqin sərhədlərini aşır və demək olar ki, Afrikanı əhatə edir. Bu təhlükəyə qarşı durmaq baxımından strateji əməkdaşlıq və sabitlik çox mühümdür. Çox vacibdir ki, regional münaqişələr bu məsələdən diqqəti yayındırmasın”.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
XX əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar”. (“Məcmu əl-Fətəva və ər-Rəsaail”)