Gürcüstan Müsəlmanları İdarəsinin Din və Təhsil Mərkəzinin Batumidə açılışı oldu
848 dəfə baxılıb
Gürcüstan Müsəlmanları İdarəsinin Batumidə Din və Təhsil Mərkəzinin açılışı olub.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin şeyxi Ramin İgidov məlumat verib. Mərkəzin açılışında Acarıstan hökumətinin rəsmi şəxsləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze, din və ictimaiyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edən şəxslər yeni binanın açılışı münasibəti ilə Acarıstanda yaşayan müsəlmanları təbrik edib, müfti və din xadimlərinə sağlam və ənənəvi dinin təlim və təbliğində, ümumiyyətlə, dini fəaliyyətlərində uğurlar diləyiblər.
Xatırladaq ki, bir neçə ay öncə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tərəfindən Acarıstanda yaşayan gürcü müsəlmanları üçün iki (4 və 2 mərtəbəli) bina hədiyyə olunub. Onlardan biri GMİ-nin Acarıstandakı rəsmi idarəsi, ikincisi isə din və təhsil mərkəzi kimi fəaliyyət üçün nəzərdə tutulub.
Sələf Xəbər: Uca Allah buyurur: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar”. (Qurani-Kərim, “Nəhl” surəsi, 106-cı ayə)
Uca Allahdan səmimi qeyri-müsəlmanların İslama gəlməsini və müsəlmanları öz dinlərində möhkəmləndirməsini diləyirik. Amin!