Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Halal sənaye üçün ilk indeks fondu yaradıldı

Sentyabr 22
16:30 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, Nigeriyada yeni indeks fondu yaradılıb. Bu fond investorlara halal istehsalın inkişafına töhfə verməyə imkan verir.

ETF (Exchange Traded Fund) – qiyməti bu və ya digər fond indeksinin, birja əmtəəsinin, valyutanın və ya aktivlər portfelinin dinamikasını əks etdirən maliyyə alətidir. Nigeriyanın Lotus Halal ETF fondu – dinamikası NSE Lotus Islamic Index (NSE-LII) fond indeksinə bağlı olan fonddur.

Alət avqusta işə düşüb. Bu indeksə Şəriət qaydalarına uyğunluq yoxlamasını keçmiş 15 şirkət daxil olub. Cadbury Nigeria, Dangote Cement və Unilever şirkətləri də bu sıradadır.

Lotus Capital şirkətinin idarəçi direktoru Hacara Adeola bidlirib ki, fonda böyük maraq var: “Biz tam abunəliyi gözləyirik.”Nigeriya hökuməti islami maliyyə sektorunu dəstəkləyərək 2017-ci ilə qədər islam dövlət istiqrazlarının ilk buraxılışını həyata keçirməyi planlaşdırır.


“Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!”

Müqəddəs Quran, “Maidə” surəsi, 88-ci ayə

Digər xəbərlər