Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hələbdə son bir həftədə 444 dinc sakin həlak olub

Sentyabr 26
15:33 2016

Rusiyanın döyüş təyyarələri və Bəşşar Əsədə bağlı qırıcıların Suriyanın şimalındakı Hələb əyalətini bombalaması nəticəsində ölən dinc sakinlərin sayı 85-ə çatıb.

Mülki müdafiə və səhra xəstəxanalarının nümayəndələri bildirib ki, Rusiya və Bəşşar Əsədin döyüş təyyarələri Hələbə vakkum və fosfor bombaları atıblar.

Selefxeber.azReport”-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumları nəticəsində əyalətin Hulluk rayonunda 5, Kadi Askerdə 4, Katırcidə 2, Ard Hamrada 1, Bustal əl-Başada 7, Zibediyədə 5, Tarik el-Babda 18, Muyesirdə 6, Salihində 8, Ensaridə 17, Mesakin Fenano 4, Mercedə 1, Salahaddində 6 və İnzaratda bir nəfər olmaqla ümumilikdə 85 mülki vətəndaş həlak olub, 178 nəfər isə yaralanıb.

Sentyabrın 12-də elan edilən atəşkəs rejimi pozlunadan sonra bombardmanlar nəticəsində ümumilikdə 444 dinc sakin həlak olub.

Xatırladaq ki, ABŞ və Rusiyanın təşəbbüsü ilə elan olunan atəşkəs sentyabrın 12-dən 19-dək sürüb.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər