Hicaba görə işə götürmədilər
1. 038 dəfə baxılıb
Almaniyanın Noyköln şəhərində baş örtüyü ilə işləməyə ciddi qadağa qoyulub.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Berlinin tabeliyində olan Noyköln şəhərində dövlət qrumlarının birində çalışmaq istəyən Betül Ulusoya baş örüyünə görə işi ilə bağlı problem yaşana biləcəyi deyilib. Betül Ulusoy isə şikayətçi qismində məsələ ilə bağlı öz hüquqlarını tələb etməyə başlayıb.
Məsələnin maraqlı tərəfi odur ki, telefonçu vəzifəsində çalışacaq kəsin baş örtüyünə görə problem olacağına dair iş müqaviləsində heç bir xəbərdarlıq qeyd olunmayıb. Betül Ulusoyun bununla bağlı izahat tələb etməsi durumu çətinləşdirib və o, iş şansını da itirib.
Qeyd edək ki, Berlin, Bremen, Bavariya, Hessen və Nidersaksen kimi şəhərlərdə hicab qadağası hazırda qüvvədə qalmaqdadır.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!