Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Hicabını aç, uşaqlarını qaytaraq” – Belə hadisə heç yerdə görünməmişdi, Avropanın “göbəyi”ndə oldu

Dekabr 01
16:27 2014

Fransada yaşayan türk xanım Hülya Beyazit, zorla əlindən alınaraq himayədar ailələrə verilən uşaqlarını geri almaq üçün hüquq savaşı verir.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Fransız məhkəməsi Hülya Beyazitin qonşularının şikayəti əsasında əlindən alınan 5 uşağının qaytarılması üçün hicabdan imtina etməsini istədi. Fransanın ölkədə yaşayan azlıqlara tətbiq etdiyi irqçi siyasəti, İslamafobik bir düşüncəni məhkəmədə əks etdirən hakimin istəyini türk ailə rədd edib.

Uşaqlarının himayədar ailələrin yanında türk dilini belə unutduqlarını deyən dərdli ana, Fransa məhkəməsinin qərarlarını və istəklərini assimilyasiya kimi qiymətləndirib.

“Yaşadığımız hadisə Fransanın müsəlmanlara tətbiq etdiyi ayrı-seçkiliyin bir göstəricisidir. Övladlarımız adət və ənənələrimizdən uzaq düşüblər. Mən ana sevgisindən məhrum olunan övladlarım üçün narahatam. Uşaqlarım himayədar ailələrin yanında ağıllarını belə itirə bilərlər. Yanlarına nə vaxt getsəm görüş qurtarana qədər ağlayırlar. Psixoloji cəhətdən köməyə ehtiyacları var. Fransız məhkəməsi bu vəziyyəti görmək istəmir”.

Yaşları, ailəsindən uzaq olmayacaq qədər kiçik olan 5 uşağının getdikcə türk dilini unutduqlarını deyən Hülya Beyazit, məhkəmə tərəfindən 2 saat görüş icazəsi verildiyini və uşaqları üçün həsrət çəkdiyini deyib.

Yaşadıqları binada qonşu olduqları fransız vətəndaşlarının, evdən səslər gəldiyini və uşaqlara zorakılıq tətbiq olunduğunu söyləyərək ondan polisə şikayət etdiyini bildirən gözü yaşlı ana, bu vəziyyətə səbəb olacaq heç bir dəlilin olmadığını söyləyib. Beyazitin dediyinə görə, sadəcə qonşular onun başıörtülü olmasını həzm edə bilməyiblər.

“Necə olur ki, həm uşaqlara əziyyət verən kimi təqdim olunuram, amma başımı açacağım təqdirdə uşaqlarımı qaytaracaqlarını deyirlər. Hər şey bəlli deyilmi?”

Hülya Beyazit məhkəmə tərəfindən “müasirlik” adı altında ondan istənilən başını açması tələbini qətiyyən yerinə yetirməyəcəyini deyib.

Beyazit bundan öncə də, uşaqlarının baxçada irqçi təhqirlərə məruz qaldığını qeyd edib.

 Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani Kərim, “Əhzab” surəsi, 59).

Digər xəbərlər