Hicablı müsəlman şagirdlər Mişel Obamanı heyrətləndirib
767 dəfə baxılıb
“Sələf Xəbər”in Islamnews.ru -ya istinadən xəbərinə görə, ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama anası və iki qızı ilə birlikdə ölkənin baş naziri David Cameron və kral ailəsinin üzvləri ilə görüşmək üçün Böyük Britaniyaya səfər edib.
ABŞ-ın birinci xanımı bildirib ki, səfərin əsas məqsədi təhsil proqramlarını inkişaf etdirmək və bu proqramın müxtəlif ölkələr arasında yayılması sahəsində əməkdaşlıq etməkdir.
Səfər zamanı Mişel Obama həm də Londonun Tower Hamlet ərazisində yerləşən qızlar məktəbində də olub. Heç bir dini mənsubiyyəti təbliğ etməyən məktəbdə şagirdlər arasında hicablı müsəlman qızların çox olduğunu görən xanım Obama olduqca heyrətlənib. Təhsil orqanlarının məlumatına görə, məktəbdəki şagirdlərin əksəriyyəti Banqladeş dövlətindən gələn qızlardır.
Müsəlman şagirdlər tərəfindən sevinclə qarşılanan Mişel Obama gördüyü mənzərədən heyrətini gizlədə bilməyərək hicablı qızların gözəl və güclü olduqlarını vurğulayıbdır.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.