Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hindistan-Pakistan sərhədində atışma – iki hərbçi öldü

Sentyabr 29
16:56 2016

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib. Nəticədə ən azı iki pakistanlı hərbçi ölüb.

Selefxeber.az-ın məlumatına görə “Admiral.az”-ın xarici saytlara istinadən verdiyi məlumata əsasən, Hindistan tərəfindən itkilərin olub-olmaması barədə məlumat yoxdur.

Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu, Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.

Pakistanın tərəfi isə öz növbəsində Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş açdığını söyləyir.

Qeyd edək ki, qədim Kəşmir knyazlığının ərazisi Hindistan və Pakistan arasında 1947-ci ildən mübahisə predmeti olaraq qalır. Hindistan-Pakistan müharibəsinin üçündən ikisi Kəşmirə görə baş verib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisini nəzarət xətti ayırır.

Sələf Xəbər: Uca Allahdan müsəlmanların xeyirli işlərində müvəffəqiyyət diləyirik. Dost və qardaş Pakistana sülh və əminamanlıq arzu edirik.

Digər xəbərlər