Hindistan Pakistan sərhədini vurdu – Ölənlər var
Sentyabr 22
17:55
2017
1. 037 dəfə baxılıb
Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib.
Qeyd edək ki, Kəşmir uğrunda savaş 1947-ci ildən bu yana davam edir. Bölgənin əhalisinin böyük hissəsini müsəlmanlar təşkil edir. İki yerə bölünən bölgənin Azad Kəşmir hissəsi Pakistanın, Cammu Kəşmir hissəsi isə Hindistanın nəzarətindədir.